Almaniyanın yeni müdafiə naziri vəzifəsinin icrasına başlayıb

Almaniyanın yeni müdafiə naziri vəzifəsinin icrasına başlayıb
# 19 yanvar 2023 13:30 (UTC +04:00)

Almaniyanın yeni müdafiə naziri Boris Pistorius andiçmədən sonra vəzifəsinə başlayıb.

APA xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi bildirib.

“Federal Prezident təyinat şəhadətnaməsini təhvil verdikdən sonra Boris Pistorius Bundestaqda and içərək vəzifəsinin icrasına başlayıb”, - qeyd olunub.

Xatırladaq ki, daha əvvəlki müdafiə naziri Kristin Lambrext postundan istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR