Arçil Talakvadze: "Gürcüstan NATO-ya qoşulmağa hazırdır"

Arçil Talakvadze: "Gürcüstan NATO-ya qoşulmağa hazırdır"
  • Clock-gray 17:23
  • calendar-gray 12 Sentyabr 2019

"Strateji hazırlığımız aydın şəkildə göstərir ki, məqsədimiz Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmaqdır”.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze NATO Parlament Assambleyasının prezidenti Madelin Munla (Madeleine Moon) keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, Gürcüstan NATO-nun bütün əsas tələblərinə cavab verir və ölkənin demokratik təsisatları onun standartlarına uyğundur.

“Buxarest sammitində NATO və tərəfdaşlarımız Gürcüstanın alyansa üzv olacağını,  NATO-nun qapısının Gürcüstan üçün açıq olduğunu açıq şəkildə bildirdilər. Ölkəmiz NATO-ya qoşulmaq üçün strateji hazır vəziyyətdədir. Gürcüstan NATO-nun bütün tələblərinə cavab verir. Demokratik təsisatlarımız artıq NATO standartlarına uyğundur. Belə bir qərar əsas tərəfdaşlarımız və NATO-nun yüksək səviyyəli rəsmiləri tərəfindən müzakirə edilməlidir. Yalnız bundan sonra müəyyən bir üzvlük qərarı müzakirə edilə bilər",- deyə A.Talakvadze bildirib. 

 

Səid Babazadə

Digər xəbərlər

Arxiv

date