Avropa Komissarı: "Aİ Rusiyanın mövcud enerji müqavilələrinə hörmətlə yanaşmasını gözləyir"

Paolo Gentiloni

© APA | Paolo Gentiloni

# 03 sentyabr 2022 14:38 (UTC +04:00)

Avropa İttifaqı Rusiyanın mövcud enerji müqavilələrinə hörmətlə yanaşmasını gözləyir.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının iqtisadiyyat üzrə komissarı Paolo Gentiloni İtaliyada keçirilən Ambrosseti Forumu çərçivəsində bildirib.

Rusiyanın "Şimal axını 1” qaz kəməri ilə mavi yanacağın ötürülməsini dayandırması ilə bağlı sualı cavablandıran Gentiloni jurnalistlərə deyib: "Biz Putinin qərarlarından qorxmuruq. Biz onlardan müqavilələrinə hörmət etmələrini xahiş edirik, amma etməsələr, reaksiya verməyə hazırıq," - Avropa Komissarı vurğulayıb.

O, həmçinin bildirib ki, G7 ölkələrinin maliyyə nazirləri tərəfindən razılaşdırılan Rusiya neftinin qiymət həddi ilə bağlı qərara digər dövlətlər də qoşula bilər.

"Biz daha geniş koalisiyanın necə qurulacağını müzakirə etdik. Əminəm ki, Avstraliya və Cənubi Koreya kimi ölkələr bu koalisiyaya qoşulmaqda maraqlı ola bilər" - deyə Avropa Komissarı əlavə edib. O deyib ki, neftin qiymətinin aşağı düşməsi ilə bağlı razılaşmaya bu ölkələr rəsmi şəkildə imza atmasalar da bu qərar onların da xeyrinə olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR