Avropa Komissiyası Ukrayna və Moldovaya namizəd statusu verilməsini tövsiyə edib - YENİLƏNİB

Avropa Komissiyası Ukrayna və Moldovaya namizəd statusu verilməsini tövsiyə edib - YENİLƏNİB
# 17 iyun 2022 14:26 (UTC +04:00)

Avropa Komissiyası Ukraynaya və Moldovaya Avropa İttifaqına (Aİ) namizədi statusu verilməsini tövsiyə edib.

APA “Deutsche Welle”yə istinadən xəbər verir ki, bu barədə komissiyanın Prezidenti Ursula von der Leyen bildirib.

“Ukrayna Avropa dəyərlərinə və standartlarına uyğun yaşamaq istəyini və qətiyyətini açıq şəkildə nümayiş etdirib”, - von der Leyen qeyd edib.

***

14:00

Avropa Komissiyası Ukrayna və Moldovaya Avropa İttifaqına (Aİ) üzvlük namizədi statusu verilməsini tövsiyə edəcək.

APA xəbər verir ki, bu barədə “Reuters”ə adı açıqlanmayan diplomatlar məlumat verib.

Bildirilib ki, Gürcüstandan isə namizəd statusu verilmədən öncə müəyyən şərtləri yerinə yetirməsi istəniləcək.

Genişlənmə prosesinə yaxın olan ali səviyyəli diplomat bildirib ki, Gürcüstana qarşı şərtlərin irəli sürülməsi islahatlar prosesində geriləmələrlə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR