Avropa parlamenti sabah Aİ-də irimiqyaslı sursat istehsalı planını təsdiqləyəcək

Avropa parlamenti sabah Aİ-də irimiqyaslı sursat istehsalı planını təsdiqləyəcək
# 31 may 2023 15:53 (UTC +04:00)

Avropa Parlamenti iyunun 1-də Brüsseldə keçiriləcək sessiyasında Ukraynaya tədarük və öz ehtiyatlarının artırılması üçün Aİ ölkələrində irimiqyaslı sursat istehsalının yaradılması ilə bağlı Avropa Komissiyası tərəfindən irəli sürülən plana səs verəcək.

APA xəbər verir ki, bu barədə parlamentin gündəliyi ilə bağlı sənəddə qeyd olunub.

Bildirilib ki, bu planı maliyyələşdirmək üçün Aİ öz büdcəsindən 500 milyon avro və büdcədənkənar Avropa Sülh Fondundan 1 milyard avroya qədər vəsait ayıracaq.

Qeyd edək ki, daha əvvəl Strasburqda keçirilən sessiyada Avropa Parlamenti bu qanun layihəsinin tez zamanda qəbul edilməsi üçün sürətləndirilmiş proseduru təsdiqləyib. Artıq Avropa Parlamentinin bütün aparıcı fraksiyaları - Avropa Xalq Partiyası (keçmiş Xristian Demokratlar), sosialistlər və liberallar bu planı dəstəklədiklərini bəyan ediblər.
Avropa İttifaqı mərmi və raketlərin istehsalını ildə 1 milyona çatdırmağı və onların istehsalını artırmağı davam etdirməyi qarşısına əsas vəzifə qoyur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR