Avropa Parlamenti Xamenei və Rəisiyə sanksiyalar tətbiq etməyə çağırıb

Avropa Parlamenti Xamenei və Rəisiyə sanksiyalar tətbiq etməyə çağırıb
# 19 yanvar 2023 18:16 (UTC +04:00)

Avropa Parlamentinin deputatları Aİ-ni insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan bütün şəxslərə, onların ailə üzvlərinə və qurumlara qarşı sanksiya tətbiq etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə Avropa Parlamentinin saytında məlumat verilib.

“İran rejiminin insan ləyaqətinə və öz vətəndaşlarının demokratik istəklərinə açıq-aşkar etinasızlığı, eləcə də Rusiyaya verdiyi dəstək Aİ-nin İrana qarşı mövqeyində əlavə düzəlişləri zəruri edir”, - bildirilib.

Avropa Parlamenti Aİ-ni İranın Ali Rəhbəri Əli Xamenei, Prezident İbrahim Rəisi, Baş prokuror Məhəmməd Cəfər Montazeri və İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli qurumlara sanksiyalar tətbiq etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR