Avropa Parlamentinin üzvləri Olaf Şoltsu Ukraynaya dərhal “Leopard 2” tankları verməyə çağırıb

Avropa Parlamentinin üzvləri Olaf Şoltsu Ukraynaya dərhal “Leopard 2” tankları verməyə çağırıb
# 18 yanvar 2023 20:47 (UTC +04:00)

Avropa Parlamentinin üzvləri Almaniya kansleri Olaf Şoltsu Ukraynaya dərhal “Leopard 2” tankları və hava hücumundan müdafiə sistemləri verməyə çağırıb.

APA “Ukrainska Pravda”ya istinadən xəbər verir ki, bu barədə bu gün təsdiqlənmiş Ümumi Təhlükəsizlik və Müdafiə Siyasətinə dair 2022-ci il üzrə illik hesabatda bildirilib. Sənəddə Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü müdafiə etdiyi və müharibədə qalib gəlmək üçün hərbi yardıma və ağır silahlara təcili ehtiyac duyduğu vurğulanıb.

"Aİ və üzv ölkələr Ukraynaya hərbi, siyasi və humanitar yardımı artırmalı və Avropa təhlükəsizliyinin Rusiya təhdidlərindən müdafiəsini gücləndirməlidir", - deyə sənəddə vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR