Avstriya kansleri koronavirusa yoluxub

Karl Nehammer

© APA | Karl Nehammer

# 07 yanvar 2022 20:14 (UTC +04:00)

Avstriya Kansleri Karl Nehammer Yeni Il tətilindən qayıtdıqdan sonra koronavirusa qarşı verdiyi testin nəticələri müsbət olub.

APA xəbər verir ki, bu barədə Avstriya Federal Kanslerinin ofisi məlumat yayıb.

"Nehammer təbii ki, üç dəfə peyvənd olunub. Kanslerdə xəstəliyin əlamətləri müşahidə edilməyib. O, ev karantindədir, arvadı və uşaqları virusa yoluxmayıb. Karl Nehammer bildirib ki, narahatlığa əsas yoxdur, özünü yaxşı hiss edir”, - məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR