“Bayraktar-TB3” PUA-larının istehsal tarixi məlum olub

“Bayraktar-TB3” PUA-larının istehsal tarixi məlum olub
# 16 yanvar 2023 23:45 (UTC +04:00)

“Bayraktar-TB3” pilotsuz uçuş aparatlarının kütləvi istehsalı 2023-cü ilin sonuna qədər başlayacaq.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə “HaberTürk” telekanalına müsahibəsində “Baykar Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.

O qeyd edib ki, “Bayraktar-TB3”ün ilk uçuşu da eyni ildə həyata keçiriləcək.

H. Bayraktar “Kızılelma” pilotsuz döyüş təyyarəsinin satın alınmasına dair bir neçə ölkədən sifariş alındığını vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR