Beynəlxalq Cinayət Məhkəməsinə daxil olmaq istəyən rusiyalı casus ifşa edilib

Beynəlxalq Cinayət Məhkəməsinə daxil olmaq istəyən rusiyalı casus ifşa edilib
# 16 iyun 2022 17:58 (UTC +04:00)

Niderland kəşfiyyat xidməti saxta kimliklə Beynəlxalq Cinayət Məhkəməsinə daxil olmağa çalışan Rusiya hərbi agentini ifşa edib.

APA “Reuters”ə istinadən xəbər verir ki, Sergey Vladimiroviç Çerkasov adlı şəxs uzun illər boyunca Niderlanda Braziliya vətəndaşı kimi daxil olmaq üçün hazırlıqlar görüb.

Məlumata görə, o, apreldə Haaqa məhkəməsinə təcrübə keçmək adı altında daxil olmağa cəhd edib.

“Bu, çoxillik, uzunmüddətli, çox vaxt, enerji və pul aparan “QRU” əməliyyatı olub”, - Niderland kəşfiyyat xidmətinin rəhbəri Erik Akerboom bildirib.

Niderland kəşfiyyat xidmətinin yaydığı bəyanatda qeyd olunub ki, apreldə hava limanından ölkəyə daxil olmağa çalışan Viktor Muller Ferreira arzuolunmaz elan edilib və növbəti təyyarə ilə Braziliyaya qaytarılıb. Onu Braziliyada məhkəmə prosedurlarının gözlədiyi vurğulanıb.

“Bu, rusiyalıların Beynəlxalq Cinayət Məhkəməsinin məlumatlarını qanunsuz əldə etməyə çalışdıqlarını açıq şəkildə göstərir. Biz bunu yüksək səviyyəli təhdid kimi qəbul edirik”, - Akerboom vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR