Boris Conson Baş nazir olduğu vaxt Putinin onu raket zərbəsi ilə hədələdiyini açıqlayıb

Boris Conson Baş nazir olduğu vaxt Putinin onu raket zərbəsi ilə hədələdiyini açıqlayıb
# 30 yanvar 2023 13:21 (UTC +04:00)

Boris Conson Baş nazir olduğu müddətdə Rusiya Prezidenti Vladimir Putin ilə olan telefon danışığının təfərrüatlarını açıb.

APA-nın Britaniya bürosu xəbər verir ki, Boris Conson Baş nazir olarkən Vladimir Putinin Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində telefon danışığı zamanı onu raket zərbəsi ilə hədələdiyini bildirib.

Putin Boris Consona bunun yalnız bir dəqiqə çəkəcəyini deyib.

Boris Conson bu şərhin 2022-ci ilin fevralında Putinlə çox uzun bir zəng zamanı edildiyini deyib.

Telefon mübadiləsinin təfərrüatları Putinin dünya liderləri ilə qarşılıqlı əlaqələrini araşdıran BBC sənədli filmində açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR