Borrell: Türkiyə və Suriyada baş verən zəlzələ böyük faciədir

Borrell: Türkiyə və Suriyada baş verən zəlzələ böyük faciədir
# 09 fevral 2023 13:46 (UTC +04:00)

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Türkiyə və Suriyadakı zəlzələləri faciə adlandırıb.

APA xəbər verir ki, bu barədə Borrell Aİ Şurasının sammitindən əvvəl jurnalistlərə açıqlamasında deyib.

"Dünən Türkiyə səfirliyini ziyarət etdim, başsağlığı verdim. Bu böyük bir faciədir. Avropa bu situasiyada Türkiyə və Suriyaya dəstək vermək üçün səfərbər olub, tibbi heyət, xilasedicilər, lazımı ləvazimatlar göndərilir", - Borrell deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR