Böyük Britaniya G7 ölkələrini Çinə texnologiya ixracını dayandırmağa çağırıb

Böyük Britaniya G7 ölkələrini Çinə texnologiya ixracını dayandırmağa çağırıb
# 17 avqust 2022 21:43 (UTC +04:00)

G7 ölkələri regionda təhlükəsizliyi təmin etmək üçün Çinə texnologiya ixracını məhdudlaşdırmalıdır.

APA-nın məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Belfastda hakim Mühafizəkarlar Partiyasının üzvləri ilə görüşündə deyib.

"Bizə qarşı istifadə oluna biləcək texnologiyanı ixrac etməyəcəyimizə əmin olmalıyıq”, deyə Trass bildirib.

Bundan əlavə, XİN rəhbəri Çinin avtoritar rejimə malik ölkə olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Çin hakimiyyəti yeni silah növləri yaratmaq üçün texnoloji nailiyyətlərdən istifadə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR