Böyük Britaniyanın “Sea King” helikopterləri Ukraynaya çatıb

Böyük Britaniyanın “Sea King” helikopterləri Ukraynaya çatıb
# 22 yanvar 2023 00:53 (UTC +04:00)

Ukrayna Böyük Britaniyanın hərbi yardım olaraq göndərdiyi “Sea King” helikopterini qəbul edib.

APA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksiy Reznikov "Twitter"də bildirib.

Reznikov qeyd edib ki, helikopterlər Qara dəniz yaxınlığındakı aerodromda qəbul edilib.

Onun sözlərinə görə, “Sea King” ölkənin dəniz qüvvələrini gücləndirməyə yardım edəcək.

O, göstərdiyi köməyə görə britaniyalı həmkarı Ben Uollesə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR