Böyük Britaniyanın yeni baş nazirinin adı iyulun 23-də açıqlanacaq

Böyük Britaniyanın yeni baş nazirinin adı iyulun 23-də açıqlanacaq
  • Clock-gray 17:11
  • calendar-gray 25 İyun 2019

Böyük Britaniyanın yeni baş nazirinin kimliyi iyulun 23-ü bəlli olacaq.

APA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Mühafizəkarlar Partiyası məlumat yayıb.

İyulunun 22-də Tereza Meyi kimin əvəz etməsi ilə bağlı Mühafizəkarlar Partiyasının 160000 üzvünün iştirak edəcəyi səsvermənin nəticələri hesablanacaq və növbəti gün qalibin adı açıqlanacaq.

Qeyd edək ki, baş nazir postu uğrunda mübarizə Britaniyanın xarişi işlər naziri Ceremy Hant və keçmiş xarici işlər naziri, Londonun eks-meri Boris Conson arasında gedir.

Xatırladaq ki, baş nazir Tereza Mey mayın 24-də "Brexit”i icra edə bilmədiyi üçün istefa verib. O, yeni sədr seçilənə qədər baş nazir postunda qalacaq.

Zümrüd Paşkin

Digər xəbərlər

Arxiv

date