BQXK Rusiya və Ukraynadakı hərbi əsirlərə baş çəkib

BQXK Rusiya və Ukraynadakı hərbi əsirlərə baş çəkib
# 08 dekabr 2022 15:06 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Rusiya və Ukraynadakı hərbi əsirlərə baş çəkib.

APA xəbər verir ki, bu barədə BQXK mətbuat xidməti məlumat yayıb.

"Son həftələrdə Rusiya və Ukraynadakı çox sayda hərbi əsir Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən ziyarət edilib. Komandalarımız onları kitablar, şəxsi gigiyena vasitələri, yorğan-döşək və isti paltar kimi əşyalarla da təmin ediblər", - məlumatda qeyd olunub.

BQXK prezidenti Mirjana Spolyariç bu səfərlərin vacibliyini vurğulayıb: "Biz hərbi əsirlərlə necə rəftar edildiyini yoxlaya və ailələrin onlar barəsində xəbərlər almasına əmin ola bilirik. Gözləntim budur ki, bu səfərlər bütün hərbi əsirlərlə daha müntəzəm görüş imkanı verəcək."

Bildirilib ki, Komitə keçən həftə ukraynalı hərbi əsirlərə iki günlük baş çəkə bilib, digər ziyarət isə bu həftə baş tutacaq: "Eyni dövrdə rus hərbi əsirlərlə də görüş olub, ayın sonuna qədər daha çox səfər planlaşdırılıb".

BQXK-nin Prezidenti isə "Twitter" hesabında bu gün Ukraynaya səfər etdiyini bildirib. Mirjana Spolyariç deyib ki, dörd günlük səfər çərçivəsində o, bu gün Nikolayev və Xerson vilayətində mülki insanlarla görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR