Britaniya kəşfiyyatı Rusiyanın "Armata" tanklarından istifadə etməməsinin səbəbini açıqlayıb

Britaniya kəşfiyyatı Rusiyanın "Armata" tanklarından istifadə etməməsinin səbəbini açıqlayıb
# 25 yanvar 2023 11:33 (UTC +04:00)

Rusiya qüvvələri aşağı keyfiyyətli olduğu üçün T-14 "Armata" döyüş tanklarını istifadə etmək istəmir.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, Rusiya az sayda T-14 "Armata" əsas döyüş tanklarını Ukraynadakı döyüşlərdə istifadə etmək üçün operativ yerləşdirmələr üzərində işləsə də, ordu bu tanklardan istifadə etməyə o qədər də həvəsli deyil.

"Rusiya qüvvələri son aylarda onlara ayrılan T-14-ün ilk tranşını qəbul etmək istəmirdi, çünki tanklar çox bərbad vəziyyətdə idi. Tankların hansı özəlliklərinin bu reaksiyaya səbəb olduğu dəqiq məlum deyil, lakin son üç il ərzində Rusiya rəsmiləri T-14-ün mühərriki və termal görüntü sistemləri ilə bağlı problemləri açıq şəkildə bildiriblər", - məlumatda qeyd olunub.

Kəşfiyyat xidməti xatırladıb ki, 2021-ci ildə Rusiyanın müdafiə naziri Sergey Şoyqu 2022-ci il üçün planlaşdırılan istehsal həcmini yalnız “eksperimental-sənaye” partiyası kimi təsvir etdiyi üçün indi Ukraynaya göndəriləcək hər hansı T-14 tankının istismara verilməsinin adi standartlara cavab verməsi ehtimalı azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR