Britaniya qırıcılarını Ukraynaya verən Polşaya kömək edəcək

Britaniya qırıcılarını Ukraynaya verən Polşaya kömək edəcək
# 20 mart 2023 07:42 (UTC +04:00)

Varşava MiQ-29 qırıcılarını Kiyevə təhvil verdikdən sonra Britaniya Polşaya Hərbi Hava Qüvvələrinin gücünü artırmağa kömək etməyə hazırdır.

APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi Almaniyanın “Die Welt” qəzetinə bazar ertəsi dərc olunan müsahibəsində bildirib.

“Biz Polşanın boşluqları doldurmaq istəyinə çox müsbət yanaşacağıq. Varşava ilk dəfə T-72 əsas döyüş tanklarını Ukraynaya təhvil verəndə biz bunu artıq etdik, Polşaya Challenger 2 tankı verdik.Eyni şey döyüş təyyarələrinə də aiddir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR