Britaniya Rusiya ədliyyə nazirinə və daha 41 nəfərə sanksiya tətbiq edib

Konstantin Çuyçenko

© APA | Konstantin Çuyçenko

# 26 iyul 2022 16:17 (UTC +04:00)

Böyük Britaniya Moskvanın Ukraynaya müdaxiləsinə cavab olaraq Rusiyanın yüksək rütbəli rəhbərliyinə qarşı yeni sanksiyalar elan edib.

APA-nın London bürosu xəbər verir ki, Böyük Britaniya Rusiya üçün sanksiya siyahısına Ədliyyə Nazirliyinin rəhbəri Konstantin Çuyçenko və bəzi Rusiya qubernatorları da daxil olmaqla, 42 şəxsi daxil edib.

Yenilənmiş sanksiya siyahısına Rusiya Federasiyası ədliyyə nazirinin müavini Oleq Sviridenko, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və Moskva vilayətinin qubernatoru Andrey Vorobyov da əlavə edilib.

Xarici İşlər Naziri Liz Trass sanksiyalarla bağlı açıqlamasında bildirib ki, Ukrayna qalib gələnə qədər Rusiyanın işğalını qanuniləşdirməyə çalışanlara qarşı sərt sanksiyalar tətbiq etməyə davam ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR