Britaniya səfirliyini Kiyevə qaytarır

Britaniya səfirliyini Kiyevə qaytarır
# 22 aprel 2022 14:40 (UTC +04:00)

Britaniyanın Kiyevdəki səfirliyi gələn həftə fəaliyyətini bərpa edəcək.

APA-nın London bürosunun xəbərinə görə, bu barədə Baş Nazir Boris Conson Hindistana səfəri zamanı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Britaniya Ukraynaya və xalqına dəstək nümayişi olaraq gələn həftə Kiyevdəki səfirliyini yenidən açacaq.

Qeyd edək ki, Britaniya fevral ayında səfirliyini Ukraynanın paytaxtından köçürmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR