Britaniya XİN başçısı İranda sabiq nazir müavininin edamını qınayıb

Ceyms Kleverli

© APA | Ceyms Kleverli

# 14 yanvar 2023 11:46 (UTC +04:00)

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbərinin edam olunmasını sərt şəkildə qınayıb.

APA xəbər verir ki, xarici işlər naziri Kleverli bu barədə "Twitter"də bildirib.

"İran Britaniya vətəndaşını edam edib. Bu barbar hərəkət ən sərt şəkildə qınanmalıdır. Əlirza Əkbərinin ailəsinin kədərini bölüşürəm ", - o deyib.

Britaniyalı naziri qeyd edib ki, bu cavabsız qalmayacaq.

Xatırladaq ki, Böyük Britaniyaya casusluqda təqsirli bilinən İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri bu gün səhər edam olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR