Çaputova: Münaqişə dövründə Ukraynanı NATO-ya qəbul etməyi düşünmək mümkün deyil

Zuzana Çaputova

© APA | Zuzana Çaputova

# 15 mart 2023 12:03 (UTC +04:00)

Münaqişə dövründə Ukraynanı NATO-ya qəbul etmək barədə düşünmək mümkün deyil.

APA xəbər verir ki, bu barədə Slovakiya Prezidenti Zuzana Çaputova Çexiya televiziyasına müsahibəsində bildirib.

Çaputova həmçinin bildirib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) tamhüquqlu üzv seçilməsinə nail olmaq üçün hələ irəlidə nisbətən uzun yol var.

Slovakiya Prezidenti onu da vurğulayıb ki, Ukraynanın müharibə şəraitində olduğu bir vaxtda NATO-ya qoşulmasının mümkünsüzlüyü Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi və Ukraynanın NATO-ya üzv olmaq üçün yerinə yetirməli olduğu digər ilkin şərtlərlə bağlıdır.

Çaputova öz növbəsində onu da xatırladıb ki, o, ötən il Avropa İttifaqına üzvlüyə namizəd ölkə statusunun Ukraynaya verilməsi təklifini ən fəal dəstəkləyən Avropa prezidentlərindən biri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR