Avropa İttifaqı da Yunanıstan və “Frontex” (Avropa Birliyi sərhədlərinin qorunması üzrə Agentlik) tərəfindən dənizə qaytarılan miqrantların donub ölməsində günahkardır.
APA-nın İstanbul müxbirinin xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, bununla bağlı Türkiyə tərəfi bütün dünya ictimaiyyətinə, xüsusən də, Aİ qurumları və rəsmilərinə bütün lazımi məlumatı təqdim edib və cavab gözləyir.