Çelik: “Qarabağ zəfərini taclandırmaq üçün gənclərimiz yeni qələbələrə imza atmalıdır”

Ömər Çelik

© APA | Ömər Çelik

# 30 may 2022 20:43 (UTC +04:00)

“Biz prezidentimizlə birlikdə çox mühüm tədbirdə iştirak etdik. İlk dəfə TEKNOFEST Türkiyədən kənarda, Bakıda keçirilib. Prezidentimizin dediyi kimi, bu beyin inqilabıdır”.

APA-nın İstanbul müxbirinin xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib.

“Beyin inqilabından sonra baş tutan Qarabağ zəfərini taclandırmaq üçün bu gənc qardaşlarımızın vasitəsilə mədəni, iqtisadi və texnoloji sahələrdə yeni qələbələrə imza atılmalıdır”,- deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR