Çexiya Ukraynaya 140 milyon avro dəyərində hərbi yardım edib

Çexiya Ukraynaya 140 milyon avro dəyərində hərbi yardım edib
# 11 iyun 2022 04:04 (UTC +04:00)

Çexiya Ukraynaya 3,5 milyard krondan çox (təxminən 140 milyon avro) hərbi yardım göndərib.

APA xəbər verir ki, bu barədə CTK xəbər agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Hərbi yardımın göstərilməsinə dair qərarı Çexiya hökuməti qəbul edir.

Agentliyin məlumatına görə, bu yardımın ümumi məbləği demək olar ki, Nazirlər Kabinetinin hər iclasından sonra artır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR