Danimarka və Niderland ukraynalı pilotlara F-16 qırıcılarından istifadə etməyi öyrədəcək

Danimarka və Niderland ukraynalı pilotlara F-16 qırıcılarından istifadə etməyi öyrədəcək
# 25 may 2023 21:33 (UTC +04:00)

Danimarka və Niderland ukraynalı pilotlara F-16 qırıcılarından istifadə etməyi öyrətmək üçün Avropa qrupuna rəhbərlik edəcək.

APA UNİAN-a istinadən xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin Qərbin Ukraynaya silah tədarükünü koordinasiya etmək üçün yaratdığı çoxmillətli qrupun növbəti iclasından sonra keçirilən mətbuat konfransında deyib.

İclası onlayn formatda keçirilib.

Yaxın həftələrdə tərəfdaşlar təlim infrastrukturu yaradacaq və təlimlərə başlayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR