Dneprə hücum nəticəsində 14 nəfər həlak olub - FOTO - VİDEO - YENİLƏNİB-2

Dneprə hücum nəticəsində 14 nəfər həlak olub - FOTO  - VİDEO  - YENİLƏNİB-2
# 15 yanvar 2023 05:46 (UTC +04:00)

Ukraynanın Dnepr şəhərində yaşayış kompleksinə raket düşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Valentin Rezniçenko bildirib.

Rezniçenkonun sözlərinə görə hücumda yaralanan 73 nəfərdən 59-u xəstəxana şəraitində müalicə alır. Axtarış-xilasetmə işləri davam edir.

***

00.58

Ukraynanın Dnepr şəhərində yaşayış kompleksinə raket düşməsi nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Valentin Rezniçenko bildirib.

Rezniçenkonun sözlərinə görə hücumda yaralanan 64 nəfərdən 59-u xəstəxana şəraitində müalicə alır. Dağıntılar arasından 35 nəfər çıxarılıb. Axtarış-xilasetmə işləri davam edir.

***

20.57

Ukrayna Prezidenti Vladimir Zelenski Dnepr şəhərinin bombalanmasına münasibət bildirib.

APA-nın xəbərinə görə, dövlət başçısı bildirib ki, hücumda iştirak edən hər kəs cavab verəcək.

“Həyatına Rusiya terroru tərəfindən son qoyulmuş hər kəsə əbədi xatirə! Dünya vəhşiliyi dayandırmalıdır. Dneprdə dağıntıların təmizlənməsi davam edir. Bütün qurumlar işləyir. Biz hər insan, hər bir həyat üçün mübarizə aparırıq. Biz terrorda iştirak edən hər kəsi tapacağıq. Terrorda iştirak edən hər kəs əməlinə görə ən ağır formada cavab verəcək” – deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, bu gün Dneprdə yaşayış binasına raket düşməsi nəticəsində 5 nəfər ölüb, 40-dan çox sakin yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR