Dünyada koronavirusa yoluxanların sayı 340 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 340 milyonu ötüb
# 22 yanvar 2022 03:12 (UTC +04:00)

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 340 milyonu, ölənlərin sayı isə 5,57 milyonu keçib.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, ümumilikdə dünya üzrə 340 543 962 nəfər koronavirusa yoluxub, 5 570 163 nəfər isə bu xəstəlikdən ölüb.

Son sutkada yoluxma sayı 3 472 227, ölüm sayı isə 9 184 olub.

Yoluxma hallarının əksəriyyəti ABŞ-da qeydə alınıb - 68199861. Növbəti yerlərdə Hindistan (38566027), Braziliya (23416748), Böyük Britaniya (15613287) və Fransa (15201084) qərarlaşıb.

Ən çox ölüm hadisəsi də yenə ABŞ-da olub - 852 334. Digər yerləri Braziliya (621 855), Hindistan (488 396), Rusiya (324 752) və Meksika (302 112) bölüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR