Ərdoğan: “Heç bir ölkənin bu miqyasda fəlakətlə təkbaşına mübarizə aparması mümkün deyil"

Ərdoğan: “Heç bir ölkənin bu miqyasda fəlakətlə təkbaşına mübarizə aparması mümkün deyil"
# 20 mart 2023 17:29 (UTC +04:00)

Brüsseldə Türkiyədə baş verən zəlzələ ilə bağlı Donorlar Konfransı işinə başlayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, konfrans çərçivəsində Türkiyə və Suriyada baş verən zəlzələnin fəsadlarına dair müzakirələr, bununla bağlı iki ölkəyə ayrılacaq maddi yardımın həcmi ətrafında fikir mübadiləsi aparılacaq.

Konfransda Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatı və Dünya Bankı kimi təşkilatlar iştirak edir.

Tədbirin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, bu dəstəyə görə bütün tərəflərə təşəkkür edib.

“Zəlzələnin vurduğu ziyan 104 milyard dollardır. İqtisadi vəziyyətindən asılı olmayaraq, heç bir ölkənin bu miqyasda fəlakətlə təkbaşına mübarizə aparması mümkün deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR