Ərdoğan İsveç və Finlandiya liderləri ilə görüşəcək 

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 28 iyun 2022 12:46 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İsveç və Finlandiya liderləri ilə görüşəcək.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə lideri NATO-nun Madriddə baş tutacaq sammitinə yola düşmədən öncə açıqlamasında deyib.

O qeyd edib ki, NATO sammiti çərçivəsində baş tutacaq görüşdə NATO-nun Baş katibi Yens Stoltenberq də iştirak edəcək.

Ərdoğan əlavə edib ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirlərsə, Türkiyənin təhlükəsizlik narahatlıqlarını yerinə yetirməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR