Ərdoğan Miçotakislə görüşdən imtina edib: “Onun yaxşı niyyəti yoxdur”

Ərdoğan Miçotakislə görüşdən imtina edib: “Onun yaxşı niyyəti yoxdur”
# 01 iyul 2022 13:49 (UTC +04:00)

Madriddə NATO sammiti çərçivəsində müttəfiq ölkələrin liderləri Türkiyə Prezidentinə Yunanıstana münasibətdə vasitəçi olmaq, iki liderin görüşünü ilin sonunadək təşkil etməyi təklif ediblər.

APA-nın İstanbul müxbir xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitindən sonra ölkə mediasına açıqlamasında deyib.

“Bağışlayın, bizim hazırda bu görüş üçün ayıracaq vaxtımız yoxdur”, - Türkiyə lideri həmkarlarının təklifinə belə cavab verib.

Ərdoğan hazırda Yunanıstanın adaları necə silahlandırdığını diqqətə çatdırıb: “Digər tərəfdən, hava məkanımızı daima pozurlar... Və (Yunanıstanın Baş naziri – red.) adalara gedir, oradan beton sığınacaqlar tikərək, çuxurlar qazaraq siqnal verməyə çalışır. Onun yaxşı niyyəti yoxdur. Əgər yaxşı niyyəti olsaydı, bu addımları atmazdı”.

Ərdoğan Yunanıstan liderinə artıq Türkiyədəki prosesləri izləməyi məsləhət görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR