Ərdoğan “Mir” kartları ilə bağlı iclas keçirəcək

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 22 sentyabr 2022 18:13 (UTC +04:00)

Türkiyə ölkə ərazisində Rusiyanın “Mir” sisteminə bağlı kredit kartlarına bir neçə yerli bank tərəfindən xidmət göstərilməməsi ilə bağlı bəzi addımlar atacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

O qeyd edib ki, Türkiyə və Rusiya arasında bu məsələdə alternativ həll var və tərəflər bununla bağlı danışıqlar aparır.

“Amma bütün problem ondadır ki, bu sanksiyaların müxtəlif versiyaları mövcuddur. Bunlar təbii ki, əslində dostluğa , iqtisadi münasibətlərimizin tənzimlənməsinə yaraşmır. İndi nə edəcəyik? Bu görüşlərdən sonra ümid edirəm ki, cümə günü bütün əlaqəli şəxsləri İstanbulda bir araya toplayım. Biz onlarla görüş keçirib, son qərarımızı verəcəyik”, - Ərdoğan vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR