Ərdoğan NATO-nun baş katibini qəbul edib - YENİLƏNİB

Ərdoğan NATO-nun baş katibini qəbul edib - YENİLƏNİB
# 04 iyun 2023 15:43 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib.

APA Anadolu Agentliyinə istinadən xəbər verir ki, Dolmabaxça sarayında baş tutan görüş saat 14.00-da başlayıb.

Qəbul mətbuata qapalı keçirilir.

Görüşdə bölgədə baş verən hadisələrlə yanaşı, İsveçin NATO-ya üzvlüyü məsələsi də müzakirə edilir.

***

12:52

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü İstanbulda NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edəcək.

APA xəbər verir ki, bu barədə Türkiyə prezidentinin dəftərxanasından jurnalistlərə məlumat verilib.

Onların görüşünün prezident Dolmabaxçanın mətbuata qapalı iş kabinetində baş tutacağı gözlənilir. Görüşün başlaması yerli vaxtla saat 14:00-a planlaşdırılıb. Tərəflər əsasən İsveçin NATO-ya qəbulu prosesini müzakirə edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR