Ərdoğan: “O qədər ədalətsizliyə baxmayaraq, Avropa İttifaqı strateji prioritetimizdir”

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 13 yanvar 2022 16:13 (UTC +04:00)

“Avropa İttifaqına tamhüquqlu üzvlük yolunda atdığımız addımların necə əngəlləndiyini şəxsən gördüm, yaşadım. Coğrafi, tarixi və bəşəri olaraq Avropanın bir parçası olan Türkiyə tamhüquqlu üzvlük hədəfinə bağlıdır”.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Avropa İttifaqının səfirləri ilə görüşdə çıxışı zamanı bildirib.

“Məruz qaldığımız o qədər ədalətsizliyə baxmayaraq, Avropa İttifaqı strateji prioritetimiz olmağa davam edir. Bu yöndə səy göstərməyə davam edirik. Avropa İttifaqının 2022-ci ildə Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsində daha cəsur davranmasına ümid edirik”, - Ərdoğan vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR