Ərdoğan Rusiyaya gəlib - YENİLƏNİB

Ərdoğan Rusiyaya gəlib - YENİLƏNİB
# 05 avqust 2022 15:57 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə gəlib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Prezident Ərdoğanı səfərdə xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir və digərləri müşayiət edir.

***

14:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya yola düşüb.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında Rusiyanın Soçi şəhərinə yola düşüb”, - məlumatda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR