Ərdoğan Serbiyada səfərdədir

Ərdoğan, Vuçiç

© APA | Ərdoğan, Vuçiç

# 07 sentyabr 2022 13:26 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyaya rəsmi səfər edib.

APA NTV telekanalına istinadən xəbər verir ki, Belqradda Ərdoğanı Serbiya Prezidenti Aleksandar Vuçiç qarşılayıb.

Səfər zamanı Türkiyə dövlət başçısı müxtəlif görüşlər keçirəcək və ölkələr arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi istiqamətində danışıqlar aparacaq.

Qeyd edək ki, Ərdoğan ötən gün Bosniya və Herseqovinada səfərdə olub. O, Serbiyadan Xorvatiyaya yola düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR