Ərdoğan: “Türkiyə gələn ildən günlük 10 milyon kubmetr təbii qaz hasil edəcək”

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 13 iyun 2022 19:59 (UTC +04:00)

Türkiyə Qara dənizdən qaz hasilatına 2023-cü ilin birinci rübündə başlayacaq.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qaz hasilatı üçün Qara dənizə ilk boruların suya endirilməsi mərasimində deyib.

O qeyd edib ki, birinci mərhələdə sutkada 10 milyon kubmetr təbii qaz hasil edilək əhalinin istifadəsinə veriləcək.

Türkiyə Prezidenti qazılacaq 40 quyu ilə gündəlik qaz hasilatını 40 milyon kubmetrə çatdırmağı hədəf lədiklərini də vurğulayıb.

Bundan əlavə, ölkə başçısı Türkiyənin 4-cü qazma gəmisinin adının Əbdülhəmid Han olaraq müəyyən edildiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR