Türkiyə və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutacaq.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, eyni zamanda normallaşma prosesinə dair xüsusi numayəndələr də görüşəcək. Atılacaq növbəti addımlar bu görüşlərin nəticəsindən asılı olaraq atılacaq.