Ərdoğan Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə razılıq verməyəcəyini bəyan edib

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 16 may 2022 22:01 (UTC +04:00)

İsveç və Finlandiyanın terror təşkilatlatlarına dair açıq və aydın mövqeləri yoxdur, hətta terrorçuları Türkiyəyə təslim etməyəcəyik deyə açıqlamaları var.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlcəzairli həmkarı Abdulməcid Tebbune ilə birgə mətbuat konfransında deyib.

Dövlət başçısı İsveçin terror təşkilatları üçün mərkəz olduğunu qeyd edərək, Türkiyənin bu iki ölkəyə inamının olmadığını vurğulayıb: “Bazar ertəsi Türkiyə gələcəklər. Nəyə gəlirlər? Bizi inandırmağa? Üzrlü saysınlar, əziyyət çəkməsinlər. Türkiyəyə qarşı sanksiya tətbiq edən ölkələrin təhlükəsizlik təşkilatı olan NATO-ya daxil olmaqlarına “hə” deyə bilmərik. Onda NATO təhlükəsizıik təşkilatı deyil, terrorçuların təmsilçilərinin çoxaldığı bir yer olar. Biz buna “hə” deyə bilmərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR