Ərdoğan: “Ukraynada müharibə türk dövlətləri arasında əməkdaşlığın vacibliyini göstərdi”

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 10 may 2022 20:15 (UTC +04:00)

Ukraynada müharibənin bitməsi üçün ilk günündən böyük səylər göstəririk.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Kasım Jomart Tokayevlə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, bu müharibə türk dövlətləri arasında istər ikitərəfli formatda, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın vacibliyini bir daha göstərdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR