Ərdoğanın sözçüsü: Finlandiyada İsveçdəkinə bənzər hadisələr baş verməyib

Ərdoğanın sözçüsü: Finlandiyada İsveçdəkinə bənzər hadisələr baş verməyib
# 31 yanvar 2023 18:33 (UTC +04:00)

Finlandiyada İsveçdəkinə bənzər hadisələr baş verməyib. Finlandiya ilə məsləhətləşmələr aparırıq. Mənim, xarici işlər nazirimizin həmkarları ilə əlaqələri davam edir.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Türkiyənin haqlı təhlükəsizlik narahatlıqları var. İbrahim Kalın İsveçdə Quranın yandırılmasına diqqət çəkib və əlavə edib ki, İsveçlə Finlandiya bu prosesə bərabər başlayıblar və Türkiyə buna hörmətlə yanaşır.

“Amma Türkiyənin təhlükəsizlik narahatlıqları var”, - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR