Estoniya XİN başçısı: NATO-nun genişlənməsi həyati önəmə sahibdir

Estoniya XİN başçısı Urmas Reinsalu

© APA | Estoniya XİN başçısı Urmas Reinsalu

# 01 fevral 2023 12:53 (UTC +04:00)

NATO-nun genişlənməsi həm Estoniya, həm də region ölkələri üçün həyati önəmə sahibdir.

APA xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Tallində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə mətbuat qarşısında çıxışı zamanı deyib.

O bildirib ki, NATO-ya üzvlük məsələsi Estoniya üçün həm də mövcudluq məsələsidir.

"Biz Finlandiya və İsveçin də alyansa üzv olması üçün əlimizdən gələni edirik. İstəmirik ki, hər hansı təxribat bizim strateji təhlükəsizlik baxışımıza mane olsun. NATO-nun genişlənməsi həm Estoniya, həm də region üçün həyati önəmə sahibdir", XİN başçısı deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR