Finlandiya Prezidentinin Ofisi Ukraynaya qırıcı təyyarələrin verilməsi barədə bəyanatlara münasibət bildirib

Hornet

© APA | Hornet

# 11 mart 2023 14:03 (UTC +04:00)

Finlandiya Prezidenti Sauli Niinistö Ukraynaya istismara yararsız “Hornet” qırıcı təyyarələrinin göndərilməsi məsələsini müzakirə etməyib.

APA xəbər verir ki, bu barədə Finlandiya Prezidentinin Ofisindən bildirilib.

Qeyd edək ki, Finlandiya Baş naziri Sanna Marin Ukrayna Prezidenti Vladimir Zelenski ilə baş tutan dialoqun gedişatını təsvir edən məlumatda rəsmi Kiyevin qırıcı təyyarələr əldə etmək istəyinin Finlandiyada da müzakirə oluna biləcəyini qeyd etmişdi.

Marin deyib: “Məncə, biz “Hornet” qırıcılarının Ukraynaya tədarükünün mümkünlüyünü və hansı əlavə təlimlərin tələb olunduğunu müzakirə edə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR