Finlandiya XİN: NATO-ya üzvlük üçün müraciət edərkən Rusiyadan hər cür təhdid gözləyirdik

Finlandiyanın xarici işlər nazri Pekka Haavisto

© APA | Finlandiyanın xarici işlər nazri Pekka Haavisto

# 25 yanvar 2023 15:06 (UTC +04:00)

“Ötən ilin yazında biz İsveçlə birlikdə NATO-ya üzvlük üçün müraciət edərkən Rusiyadan hər cür təhdid və hərəkət gözləyirdik. Bu hibrid və ya kiber hücumlar ola bilərdi”.

APA xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto latviyalı həmkarı ilə Riqada keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, gözləntilərin əksinə olaraq situasiya kifayət qədər normal olub və hər hansı gərginlik yaşanmayıb: "Yəqin ki, Rusiya üzvlükdən sonra sərhəddə hərbi mövcudluğunu artıra bilər. Lakin hazırda bizim sərhədlərimizdə vəziyyət sakitdir. Sərhədlərimiz açıqdır və biz iş vizası, təhsil vizası və qohumluq əlaqələri olan şəxslərə ölkəmizə daxil olmağa icazə veririk. Ancaq hazırda Rusiyadan turist qəbul etmirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR