Finlandiyanın müdafiə naziri Ankarada Akarla görüşüb - FOTO - YENİLƏNİB

Finlandiyanın müdafiə naziri Ankarada Akarla görüşüb - FOTO  - YENİLƏNİB
# 08 dekabr 2022 13:30 (UTC +04:00)

Finlandiyanın müdafiə naziri Antti Kaikkonen Türkiyədə səfərdədir.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, finlandiyalı nazir Ankarada Türkiyə milli müdafiə naziri Hulusi Akar tərəfindən qarşılanıb, daha sonra nazirlərin təkbətək görüşü başlayıb.

***

12:44

Finlandiyanın müdafiə naziri Antti Kaikkonen Türkiyəyə səfər edib.

APA xəbər verir ki, bu səfər Türkiyə müdafiə naziri Hulusi Akarın dəvəti əsasında baş tutub.

Ankarada səfərdə olan Finlandiya müdafiə naziri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib, məzarı önünə əklil qoyub.

Qeyd edək ki, bu gün müdafiə naziri Kaikkonen səfəri çərçivəsində türkiyəli həmkarı Hulusi Akarla görüşəcək.

Xatırladaq ki, Finlandiya Müdafiə Nazirliyinin mətbuat xidməti bu səfərdən əvvəl yaydığı bəyanatda bildirib ki, iki ölkənin müdafiə nazirləri Finlandiyanın NATO-ya üzvlük prosesini, ümumi təhlükəsizlik məsələlərini və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.

Türkiyə Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu hələ ratifikasiya etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR