Fransa “AMX-10 RC” tanklarının ilk partiyasını Ukraynaya tədarük edəcək

AMX-10 RC

© APA | AMX-10 RC

# 06 mart 2023 13:25 (UTC +04:00)

Fransa istehsalı olan tanklar yaxın zamanda Paris tərəfindən Ukraynaya tədarük ediləcək.

APA xəbər verir ki, bunu Fransa Silahlı Qüvvələri Nazirliyi yanında Silahlanma üzrə Baş İdarənin (DGA) rəisi Emmanuel Şiva yerli “BFM Business” telekanalına müsahibəsində deyib.

Şiva qeyd edib ki, “AMX-10 RC” tankları Ukraynaya göndərilən ilk partiyası artıq yoldadır.

İdarə rəisi Ukraynaya göndərilən texnikanın miqdarı barədə dəqiq məlumatları məxfilik səbəbindən səsləndirməyib.

O həmçinin qeyd edib ki, daha ağır zirehli tankların Ukraynaya tədarükünü Fransanın tərəfdaşları edir.

Fransa indiyə qədər Ukraynaya hərbi yardım çərçivəsində 18 ədəd “Caesar” özüyeriyən artilleriya qurğusu verib və əlavə 12 ədəd belə sistem göndərilməsi planlaşdırılır. Fransa Ukraynaya həmçinin “Crotale” reaktiv atəş və hava hücumundan müdafiə (HHM) sistemləri göndərib.

Qeyd edək ki, Fransa Silahlı Qüvvələri Nazirliyi “TRF1” yedəkdə daşınan haubitsaların, “Ground Master 200” radarının Ukraynaya göndərilməsini də təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR