Fransa polisi ermənilərdən ibarət oğru şəbəkəsini zərərsizləşdirib

Fransa polisi

© APA | Fransa polisi

# 20 dekabr 2021 00:51 (UTC +04:00)


Fransa polisi 3 ay davam edən izləmədən sonra ermənilərdən ibarət şəbəkəni zərərsizləşdirib.

APA-nın “France Bleu” saytına istinadla xəbərinə görə, qanun keşikçiləri Endr və Luara departamentində oğru şəbəkəsinin malları gizlətdiyi yeri müəyyən ediblər.

Anbar kimi istifadə edilən yerdən 10 000 avro nağd pul, 1 lüks avtomobil, məşhur markalara aid ətirlər, 50 şüşədən artıq bahalı içki və 100 kiloqramdan çox siqaret aşkar edilərək götürülüb.

Polisin saxladığı 3 nəfər Ermənistan və Gürcüstan vətəndaşları barədə həbs qətimkan tədbiri seçilib. 1 erməni qadın isə polisin nəzarətinə verilməklə sərbəst buraxılıb. Məhkəmə yanvar ayına təyin edilib. Gömrük xidməti isə təqsirləndirilən şəxslərə 135 000 avro cərimə tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR