Fransada “Google” və “Facebook” cərimələnib

Fransada “Google” və “Facebook” cərimələnib
# 07 yanvar 2022 01:09 (UTC +04:00)

Fransanın Milli İnformasiya və Azadlıqlar Komissiyası (CNIL) “Google” şirkətini 150, “Facebook”u isə 60 milyon avro cərimələyib.

APA-nın xəbərinə görə, buna səbəb sözügedən şirkətlərin internet istifadəçilərinin kukilərdən imtina etməsini çətinləşdirməsidir. Belə ki, istifadəçilərə məxsus məlumatların bir hissəsini toplayan kukiləri bir toxunuşla qəbul etmək mümkün olsa da, ondan imtina “Google” və “Facebook”un xidmətlərindən istifadəni çətinləşdirir.

Hər iki internet platformasına kukilər siyasətini dəyişmək üçün 90 gün vaxt verilib. Gecikəcəkləri təqdirdə “Google” və “Facebook” şirkətləri hər ötən gün üçün əlavə 100 min avro cərimə ödəməli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR