Fransada Yeni illə bağlı məhdudiyyətlər tətbiq edilib

Fransada Yeni illə bağlı məhdudiyyətlər tətbiq edilib
# 27 dekabr 2021 23:48 (UTC +04:00)

Fransanın Nazirlər Şurasının fövqəladə iclası başa çatıb.

APA-nın “Figaro”ya istinadla xəbərinə görə, Baş nazir Jan Kasteksin rəhbərliyi ilə keçirilən iclasda sərt karantin tətbiq etməmək qərara alınıb.
Bununla belə, Yeni il gecəsi üçün müəyyən məhdudiyyətlər tətbiq edilib. 31 dekabr – 1 yanvar tarixlərində hərəkət sərbəst olsa da, küçələrdə spirtli içki və qida satışı qadağan edilib. Dərslər isə yanvarın 3-dən bərpa olunacaq.

Bundan əlavə, müəssisələrdən insanların əsassız şəkildə cəmləşməsi qadağan edilir. Yaxın 3-4 həftə ərzində həftədə 3 gün məsafədən iş rejimi tətbiq olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR