G7 ölkələri qarşıdakı aylarda Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün təxminən 20 milyard dollar ayırmaq barədə razılığa gəlib.
APA xəbər verir ki, bu barədə G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin iki günlük iclasının sonunda qəbul olunan yekun bəyanatda bildirilib.
G7-nin maliyyə nazirləri Ukraynaya müxtəlif qrant və kreditlərlə kömək etmək öhdəliyini təsdiqləyiblər.
Qısamüddətli maliyyələşdirməyə 9 milyard dollardan çox töhfə verən ABŞ öz müttəfiqlərini Ukraynanın gələcəyini təmin etmək üçün daha çox iş görməyə çağırdıqdan sonra 19,8 milyard dollarlıq maliyyə dəstəyi barədə razılığa gəlinib. Bəyanatda G7-nin üzvlərinin hər birnin ayrılıqda nə qədər töhfə verəcəyi açıqlanmayıb.
"Biz bu müharibə boyu və ondan sonrakı müddətdə Ukraynanın yanında olmağa davam edəcəyik və lazım gəldikdə daha çox şey etməyə hazırıq”, - bəyanatda qeyd olunub.
G7 ölkələri Ukraynaya 20 milyard dollar yardım ayıracaq
20 may 2022 17:30 (UTC +04:00)
Avropa
Rusiya XİN ABŞ-nin nüvə silahı ilə bağlı Polşaya xəbərdarlıq edib
03:46
26 aprel 2024
Fransa Yunanıstandan hava hücumundan müdafiə sistemi istəyib
01:50
26 aprel 2024
Danimarka Ukraynaya hərbi yardımını 630,5 milyon dollar artıracaq
01:25
26 aprel 2024
Yunanıstan Ukraynaya S-300 göndərməyəcəyini bəyan edib
23:36
25 aprel 2024